Rafael Varan karyerasını başa vurdu

25 Sentyabr 2024 18:56

İtaliya Seriya A seriyasında çıxış edən "Komo"nun müdafiəçisi Rafael Varan karyerasını başa vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə fransalı futbolçu özü açıqlama yayıb.

O, peşəkar karyerasını başa vurduğunu bildirib.

31 yaşlı mərkəz müdafiəçisi bir müddət əvvəl dizindən ağır zədə almışdı.

Qeyd edək ki, Rafael Varan mövsümün əvvəlində "Mançester Yunayted"dən ayrılıb "Komo" ilə 2 illik müqavilə imzalamışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun