10-a yaxın vəkil Kollegiyadan çıxarılır

25 Sentyabr 2024 18:20

Azərbaycanda 10-a yaxın vəkil qanun pozuntusuna görə Vəkillər Kollegiyası üzvlüyündən xaric edilə bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq sözügedən hüquqşünasların vəkillik fəaliyyəti dayandırılıb. Onların Vəkillər Kollegiyası üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət edilməsi qərara alınıb.

Həmin vəkillərin siyahısı məhkəmələrə göndərilib. Sənəddə adları qeyd edilən vəkillərdən ikisi qadındır. 

Onların bəziləri barədə cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun