Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) bir sıra əməkdaşları işdən azad olunub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.
Əmrlərə əsasən, Naxçıvan ƏƏSMN-də vəzifələrindən azad olunan şəxslər aşağıdakılardır:
- Ali Məclisə seçkilərdə deputat seçilən ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyi, Şərur rayon sektorunun müdiri Məmmədov Məmməd Kərəm oğlu;
- ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyi Publik Hüquqi Şəxsi, şöbə müdiri Məmmədov Üzeyir Səyyad oğlu;
- ƏƏSMN-nin tabeliyində Dövlət Məşğulluq Agentliyi, aparıcı mütəxəssis Zeynalov Təbriz Eyvaz oğlu;
- ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası, sədr Əhmədova Şəhla Hüseyn qızı.
- ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Sosial və dövlət icbari şəxsi sığorta departamenti müdirinin müavini Novruzov Rafiq Novruz oğlu işdən azad olunublar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun