Rusiyanın əməkdar artisti vəfat etdi

25 Sentyabr 2024 18:15

Rusiyanın Əməkdar artisti Roman Madyanov vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor 63 yaşında dünyasını dəyişib. Madyanovun ölümünə səbəb xərçəng xəstəliyi olub. Aktyor ağciyər xərçəngi ilə mübarizə aparsa da, bu ilin yazında xəstəlik irəliləməyə başlayıb.

Qeyd edək ki, R.Madyanov tamaşaçılara "Əsgərlər" serialından, "Leviafan", "Pike əmrində", "Rahib və iblis", "Şaliapin", "Ölümsüzlər" və bir çox başqa filmlərdən tanışdır. Aktyorun dörd "Nika" və iki "Qızıl Qartal" mükafatı var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun