Bu mövsümdə telekanallarımızda baxa biləcəyiniz yeni seriallar

25 Sentyabr 2024 17:56

Yeni mövsümə telekanallar izləyicilərə hansı sürprizləri hazırlayıblar? Yerli telekanallarda yeri seriallarımızı izləyə biləcəyik?

Milli.Az lent.az-a istinadən bu barədə məlumatı təqdim edir.

AzTV bu il "Atabəylər" adlı yeni tarixi serialı təqdim edəcək. İzləyicilər bu maraqlı ekran işini səbirsizliklə gözləyirlər.

İTV də bu mövsüm tamaşaçılarına yeni serial təqdim edəcək. Bu, ssenarisi Cəfər Cabbarlının "Almaz" pyesindən təsirlənərək qələmə alınan "Vətəndaş A" serialıdır.

"Azad Azərbaycan" televiziya kanalının efirində  "Əlvida, xoşbəxtlik" adlı yeni bir serial təqdim olunacaq. Serial ATV telekanalında həftə içi dörd gün yayımlanacaq.

ARB telekanalında da yeni mövsümdə "Sara-2" adlı yeni serial təqdim ediləcək. Bu serial tamaşaçılara ötən mövsümdən tanış olan "Sara" serialının davamıdır.

ARB televiziyası "Günahsız günahkar" adlı serialla da film həvəskaraını sevindirəcək.

Xəzər Televiziyası "Xəyanət" serialının davamı  olan "Xəyanət-2" -ni təqdim edcək.

Yerli istehsal olan seriallardan başqa, telekanallarımızda Türkiyə və Özbəkistan istehsalı olan serialların da  verilməsi planlaşdırılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun