Flora Kərimovadan Afətin təklifinə reaksiya - VİDEO

25 Sentyabr 2024 17:50

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızının onu oğlunun toyuna çağırmasına münasibət bildirib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Elgizlə izlə" verilişinə zəng edən müğənni Afətin dəvətini qəbul etmədiyini söyləyib: 

"Bu mövzuda danışmaq istəmirəm. 83 yaşım var. Afət xanımdan soruşun, həmin sözlərdən sonra, küçə sözləri deyəndə nə düşünürdü? O sözlərə layiq idim? Bicliklərinizi bilirəm, nəsə xoşunuza gəlməyəndə səsi kəsirsiniz. Afət xanımdan soruşuram, haqqımda bu qədər söz deyəndə nə düşünürdü?".

F.Kərimova A.Fərmanqızı ilə aralarındakı məhkəmədən danışıb:

"Məhkəmə ona pul cəriməsi verib və üzr istəməsinə qərar verdi. Məhkəmədə bildirildi ki, üzr istəyəndə yazsın dediklərim böhtan idi. Məhkəmənin tələb etdiklərini xırdalasın, insanlara çatdırsın, ondan sonra... Nə düşmənçilik edəcəyəm ki... Əgər haqqımda danışdıqlarını böhtan bilirsə, yaxşı. Amma desə ki, gerçəkdir, yenə məhkəməyə verəcəyəm".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun