Fitsoya güllə göndərdilər

25 Sentyabr 2024 15:48

Slovakiya Baş naziri Robert Fitsoya içərisində güllə olan zərf göndərilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Aktuality" nəşri məlumat yayıb.

Məlumata görə, zərf birbaşa hökumət dəfdərxanasına çatdırılıb.

Bildirilib ki, baş nazirə ünvanlanan məktublar müəyyən idarələr tərəfindən əvvəlcə yoxlanılır. Şübhəli məktub onların diqqətini çəkib. Rentgen müayinəsi zamanı məktubda güllə olduğu aşkarlanıb.

Qeyd edək ki, bu ilin mayın 15-də Slovakiya Baş naziri Robert Fitsoya sui-qəsd cəhdi edilmiş, o, yaralanmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun