Texniki baxışda maşından narkotik çıxdı - FOTO

25 Sentyabr 2024 15:07

Bakıda texniki müayinəyə aparılan avtomobildə narkotik vasitələrin olması məlum olub.

Milli.Az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, Müayinə Mərkəzində paytaxt sakini Anar Babayevə məxsus "Land Rover" markalı maşın texniki baxış keçirilərkən ilk tibbi yardım qutusunda olan dərman vasitələrinin arasında xüsusi qablaşdırılmış narkotik maddə aşkarlanıb.

Faktla bağlı ərazi polis orqanı məlumatlandırılıb və zəruri prossesual hərəkətlər aparılmaqla sürücü A.Babayev avtomobillə birlikdə aidiyyəti üzrə təhvil verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun