Filarmoniyada Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının çərçivəsində növbəti konsert keçirilib – FOTO

25 Sentyabr 2024 15:00

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının çərçivəsində növbəti konsert keçirilib.

Dirijor Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov), Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Cavatina quartet, Hyojin Ellen Kim (violin, ABŞ), Nora Romanoff Şvartsberq (viola, Avstriya) öz ifalarını musiqisevərlərə təqdim edib.

Proqramda Lui Şpor - "Yessonda" operasına uvertüra (Bakıda ilk ifa), Simli kvartet və simfonik orkestr üçün konsert (Bakıda ilk ifa), Volfqanq Amadey Mozart - Violin, viola və simfonik orkestr üçün Sinfonia Concertante Es-dur (op.364), "Teatr direktoru" operasına uvertüra (Bakıda ilk ifa) səslənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun