JF-17C təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edildi - FOTO

25 Sentyabr 2024 13:34

Müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sözügedən təyyarələr Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanıb.

JF-17C (Block-III) birmühərrikli çoxməqsədli döyüş təyyarəsidir.

Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də, orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun