Ərdoğanın BMT-də çıxışı: zal alqışladı - VİDEO

25 Sentyabr 2024 12:56

Ey insan haqları təşkilatları, Qəzzada, Qərb sahilində yaşayanlar insan deyil? Fələstində uşaqların oxumağa, yaşamağa, küçədə oynamağa haqqı yoxdurmu? Media qurumları, İsrailin basqın etdiyi təşkilatlar sizin həmkarlarınız deyilmi?

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında deyib.

Ərdoğan çıxşında BMT Təhlükəsizlik Şurasına da çağırış edib:

"Qəzza soyqırımının qarşısını almaq və bu zülmə, barbarlığa "dayan" demək üçün nə gözləyirsiniz? Fələstin xalqının və öz vətəndaşlarının həyatını təhlükəyə atan qətliam şəbəkəsini dayandırmaq üçün nə gözləyirsiniz? İsraili qeyd-şərtsiz dəstəkləyənlər, nə vaxta qədər bu vəhşiliyin tərəfdarı olmağın utancını yaşayacaqsınız? Uşaqlar, körpələr ölərkən, beynəlxalq ictimaiyyət də çox pis sınaq keçirdi. Bu, böyük mənəvi çöküşün əlamətidir".

Qeyd edək ki, Ərdoğanın çıxışı alqışlarla müşayiət olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun