İki avtomobil toqquşdu - ölən var

25 Sentyabr 2024 12:35

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

Mahir Şükürzadənin idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn "Tofaş" markalı avtomobillə toqquşub.

Nəticədə Mahir Şükürzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun