​“Mən mədəni fəhləyəm” - VİDEO

26 Sentyabr 2024 04:04

"Mən bu gün də fəhləyəm. Fəhlənin xoşbəxt günü olmur. Biz mədəni fəhlələrik. Baxmayın ki, mən bu verilişdə belə geyinib, keçinib, oturmuşam. Biz mədəni fəhlələrik".

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu "Rəngarəng" verilişində deyib.

Özünü mədəni fəhlə adlandıran sənətçi bildirib ki, qazancının əksər hissəsini ailəsinə xərcləyir:

"Mən mədəni fəhləyəm. İşləyirəm, tər tökürəm. Mədəniyyətin fəhləsiyəm. Mən öz ailəmin, nəslimin fəhləsiyəm. Mən bu gün qazancımı tək yemirəm. Bank kartıma pul otura bilmir. O dəqiqə fikirləşirəm ki, həmin pulu göndərməliyəm bacıma, oğluma. Oğlum nə olsun ki, evlənib. Ola bilər ki, onun maddi sıxıntısı olsun. Yeni ailə quranların bir çoxlarında belə sıxıntılar olur. Məndə də olub. Pulun bir hissəsini gəlinimə göndərim".

Oğlu Loğmanın ailəsindən söz açan Qafarzadə gəlini Əntiqəyə doğma qızı kimi yanaşdığını vurğulayıb:

"Gəlinim mənim qızımdır. Onun atası yoxdur, rəhmətə gedib. O hiss eləsin ki, atasını əvəz edən bir oğlan var yanında. Oğlumla gəlinimin arasında söz-söhbət olanda hər zaman gəlinimin tərəfini tuturam. O kişi qızıdır. O mənim qızımdır, gəlinim ola bilməz. Çünki evimin içinə girib. O hər gün işləyir. Gəlinim dövlət işində çalışır. Həyat yoldaşım Sevinc xanım gəlininə elə qayınanalıq edir ki... Belə qayınana həyatda yoxdur. O bizi atıb ikinci plana. Hərdən mən qısqanıram".

Nadir efirdən evə gəlin gətirmək istəyən valideynlərə səslənib:

"Buradan səslənirəm valideynlərə. Əgər siz o gəlinə ata, ana olmayacaqsınızsa onu evə gətirib bədbəxt etməyin".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun