"Əməkdar müəllim" faciəvi şəkildə öldü - FOTO

25 Sentyabr 2024 11:50

Ağsuda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az bildirir ki, tns-in məlumatına görə, hadisə rayonun Daşdəmirbəyli kəndi ərazisində baş verib. Ağsu rayonunun Bico kənd sakini Yaşar Qarayev "Niva"markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb, sürücü aldığı xəsarətdən ölüb.

Xatırladaq ki, uzun müddət rayonun müxtəlif təhsil müəssisələrində rəhbər vəzifədə çalışan Y. Qarayevə "Əməkdar müəllim" fəxri adı verilmişdi.

Milli.Az