Köhnə Əhmədlidən əsər-əlamət qalmayıb... - FOTOlar

25 Sentyabr 2024 11:53

Xəbər verdiyimiz kimi, Əhmədli qəsəbəsinin əsas girişində və qəsəbənin bir sıra mərkəzi küçələrində yenidənqurma işləri görülüb.

Milli.Az bildirir ki, qənbər daşları düzülüb, yaşıllıq zolaqları salınıb, küçələrdə yeni kanalizasiya xətləri çəkilib, bir sıra fərdi evin dam örtüyü, darvazaları dəyişdirilib. Təmir-bərpa işləri görülsə də, qəsəbənin tarixi və özünəməxsus memarlığı qorunub. Orada yerləşən park yenidən qurulub və yaşıllıq sahələri salınıb. 

İndi həmin küçələrlə məktəbə gedən uşaqlar və açıq havada dincələn yaşlılar sanki abadlaşmış ərazini daha çox bəzəyir.

"Qafqazinfo"nun əməkdaşı Xəyal Vəlizadə yenidənqurmadan sonra Əhmədli qəsəbəsində olub. Onun ərazidən çəkdiyi fotoları təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun