Xalq artisti sevənlərini belə coşdurdu - VİDEO

25 Sentyabr 2024 10:50

Xalq artisti Tünzalə Ağayeva "Kiçik addımlarla böyük uğurlar" festivalında iştirak edib.

Milli.Az xəbər verir ki, "Məktəbim" layihəsinin səfiri olan pop ulduz bu dəfə Lənkəranda tamaşaçılarının qarşısına çıxıb. Ən sevilən hitlərini səsləndirən müğənnini lənkəranlılar böyük coşğu və izdihamla qarşılayıblar. 

Pərəstişkarları pop ulduzla mahnıları birlikdə əzbərə söyləyiblər. Qırmızılara bürünən estrada ulduzu dinləyicilərinə xoş anlar yaşadıb. 

Qeyd edək ki, pop ulduzun sözügedən layihə çərçivəsində növbəti çıxışı sentyabrın 19-u Sumqayıt şəhərində baş tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun