Nişanı qaytarılan 33 yaşlı kişidən dəhşətli əməl

25 Sentyabr 2024 10:24

Masallının Şərəfə kəndində 33 yaşlı şəxsin meyiti aşkarlanıb.

Milli.Az bildirir ki, hadisə ötən gün baş verib.

Seymur Həsənov öz iradəsi ilə dünyadan köçüb. O, bu qərarı verməzdən əvvəl məktub da yazıb.

Onun bir müddət əvvəl nişanının qayıtdığı, bu səbəbdən belə bir addım atdığı ehtimal edilir.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az