Məktəbə gedən 14 yaşlı oğlan itkin düşdü

25 Sentyabr 2024 09:50

Gəncədə yeniyetmə itkin düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini, 2010-cu il təvəllüdlü Yəhya Yaqubov sentyabrın 23-ü saat 08 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Yaxınları onun məktəbə getmək üçün evdən çıxdığını və daha sonra xəbər ala bilmədiklərini deyiblər.

Müraciətlə bağlı Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun