Moskvada güclü yanğın başladı - VİDEO

25 Sentyabr 2024 09:40

Moskva şəhərinin qərbində yerləşən avtomobillərin ehtiyat hissələri anbarında güclü yanğın olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlulumat verib.

Qeyd olunur ki, yanğının sahəsi 600 kvadratmetrdən çox ərazini əhatə edib.

Hələlik hadisənin təfərrüatı barədə məlumat verilmir.

Yanğının yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçmək ehtimalının olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, yanğın baş verən ərazidə partlayış səsləri eşidilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun