"İctimai" televiziyanın xəbər aparıcısı Nərmin Salmanova sentybarın əvvəlində dünyaya gətirdiyi körpəsini üzə çıxarıb.
Milli.Az olay-a istinadən bildirir ki, bununla bağlı televiziya ulduzu instaqram səhifəsində paylaşım edib.
Həyat yoldaşı Arif Salahovla ilk dəfə valideyn olan Nərmin oğlunun yatarkən çəkdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Lakin Salmanova şəkildə onun üzünü gizlədib.
Cütlük övladlarına Rafael adını veriblər.
Qeyd edək ki, N.Salmanova və A.Salahov cütlüyü 2 il əvvəl oktyabrın 30-da ailə qurub. Nərmin ötən il "Avroviziya" bəynəlxalq mahnı müsabiqəsində səsləri elan etməli olsa da, yarışmadan qaynaqlanan səbəblərdən aparıcının çıxışı mümkün olmamışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun