Zelenskinin İtaliyadakı villasını alan olmadı - FOTO

25 Sentyabr 2024 11:00

Ukrayna prezidenti Volodimir Zelenskinin İtaliyanın Toskana vilayətinin Forte dei Marmi şəhərindəki villası satışa çıxarılsa da, alan olmayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Ria Novosti" məlumat yayıb.

"Villa bir vaxtlar satışda idi, amma indi yox, satılmır", - yerli daşınmaz əmlak agentliyi nəşrə deyib.

Agentlik qeyd edib ki, Zelenskinin əmlakına bitişik digər villalar təxminən 2,5-3,0 milyon avroya satılır.

Xatırladaq ki, Zelenskilərin Toskanadakı malikanəsinin 2021-ci ildə 4,5 milyon avroya satışa çıxarıldığı deyilirdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun