Çempionlar Liqasının finalı "San Siro"da keçirilməyəcək

25 Sentyabr 2024 08:21

UEFA 2026/2027-ci il mövsümünün Çempionlar Liqasının finalını Milandakı "San Siro" stadionundan keçirməkdən imtina edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat verib.

"Milan Bələdiyyəsi şəhərdəki yenidənqurma işlərinin "San Siro" stadionuna və onun ətrafına təsir etməyəcəyinə zəmanət verə bilmədiyi üçün 2026/2027 Çempionlar Liqasının finalı üçün tender prosesinin yenidən açılması qərarı bu gün qəbul edilib.

Yeni stadionla bağlı qərarın 2025-ci ilin may-iyun aylarında veriləcəyi gözlənilir", - məlumatda qeyd olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun