Qızını ev almaq üçün satmağa çalışdı, həbs olundu

25 Sentyabr 2024 07:20

Özbəkistanda məhkəmə 13 yaşlı qızını mənzil almaq üçün 25 min dollara satmağa cəhd edən yerli qadını 5 il 2 ay müddətinə həbsə məhkum edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 41 yaşlı Kaşkədərya rayon sakini işlədiyi Səmərqənddə mənzil almaq üçün 3 övladından birini - 13 yaşlı qızı satmaq qərarına gəlib. Qadın 25 min dollara qızını satarkən polis tərəfindən cinayət başında yaxalanıb.

Qadın həbs edildikdən sonra hər 3 uşaq dövlət himayəsinə götürülüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun