“El Klasiko”nun vaxtı açıqlandı

25 Sentyabr 2024 06:42

La Liqada cari mövsümün ilk "El Klasiko"su oktyabrın 26-da baş tutacaq.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, "Real"la "Barselona" arasında 11-ci turun oyunu "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

"Barselona"nın doğma meydanında oynanılacaq digər "El Klasiko" isə gələn ilin mayına təyin edilib.

Qeyd edək ki, İspaniya çempionatının 6-cı turundan sonra "Barselona" 18 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. "Real" isə 14 xalla ikincidir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun