Ərdoğan Paşinyanla nələri danışıb?

25 Sentyabr 2024 06:32

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda "Türk Evi"ndə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, görüşdə ölkələrin münasibətlərində normallaşma, Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib.

Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına və iki ölkə arasında möhkəm dostluğun qurulmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib.

Türkiyə lideri ölkəsi ilə Ermənistan arasında ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə edildiyini bildirib və dialoq prosesinin davam etdirilməsinə dəstəyini ifadə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun