Zidanın oğlu karyerasını bitirdi

25 Sentyabr 2024 06:14

Dünya futbolunun əfsanəsi Zinəddin Zidanın böyük oğlu Entso Zidan 29 yaşında karyerasını bitirib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Onun özəl həyatına vaxt ayırmaq və diqqətini investisiya fəaliyyətinə yönəltməyi planlaşdırdığı deyilir.

Qeyd edək ki, Entsonun son klubu "Fuenlabrada" olub. Futbolçu klubda 29 oyun keçirib. O, 2023-cü ilin yayında komandadan ayrılıb.

O, "Real Madrid" akademiyasının məzunudur. Entso "kral klubu"nun əvəzedici komandasında 100-dən çox oyun keçirib, 16 avqust 2016-cı ildə "Real"ın əsas komandasında debüt etdi. 

Entso həmçinin, "Alaves", "Lozanna", "Almeriya" və digər klublarda çıxış edib. O, peşəkar futbolda 203 oyun keçirib, 13 qol vurub və 24 məhsuldar ötürmə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun