BMT Baş Assambleyası 79 çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının baş katibi Alen Berset ilə görüşüb.
Bu barədə Milli.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabına istinadən xəbər verir.
Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Nazir Bayramov AŞ-nin fəaliyyəti sahəsində bir çox məsələlərlə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb.
Bundan başqa, Avropa Şurası Parlament Assambleyası tərəfindən ölkəmizə qarşı qərəzli yanaşmadan narahatlıq ifadə olunub ki, bu da bütövlükdə Avropa Şurasının imicinə və nüfuzuna böyük xələl gətirir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun