Nadir tarixi hadisə: Səmada “ikinci Ay” görünəcək

24 Sentyabr 2024 22:43

Sentyabrın 29-dan Yer planetinin sakinləri nadir kosmik hadisənin şahidi olacaqlar: Yerin müvəqqəti olaraq "ikinci Ayı" olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "CBS Nyus" məlumat yayıb.

Bildirilib ki, bu, diametri təxminən 10 metr olan 2024 PT5 asteroididir və Yer cazibə qüvvəsi ilə onu özünə çəkəcək. Alimlərin fikrincə, bu asteroid planetimiz üçün təhlükə yaratmır.

Ay kimi asteroid planetimizin ətrafında fırlanacaq, ancaq 56,6 gün. Noyabrın 25-dək orbitdə qalacaq və Günəş ətrafındakı orbitinə qayıdacaq.

Bununla belə, "ikinci Ayı" adi gözlə görmək mümkün olmayacaq. Bu kosmik hadisəni müşahidə etmək üçün sizə teleskop lazımdır.

Qeyd edilib ki, bu, ilk hadisə deyil.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun