Rus ordusu Kurskda 12 kəndi azad etdi

24 Sentyabr 2024 22:38

Bütün əməliyyat boyunca Kursk vilayətində 12 yaşayış məntəqəsi azad edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, "Əhməd" xüsusi təyinatlılarının komandanı general-mayor Aptı Alaudinov məlumat verib.

"Düşmən çox böyük itkilərə məruz qaldı. O, artıq ələ keçirdiyi ərazilərdən 12 yaşayış məntəqəsini itirdi", - deyə o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun