Ceyhun Bayramov maltalı həmkarı ilə görüşdü - FOTO

24 Sentyabr 2024 20:50

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə C.Bayramov "X" səhifəsində paylaşım edib.

"Azərbaycan-Malta əməkdaşlığı, Azərbaycan-ATƏT münasibətləri, Ermənistanla münaqişədən sonra regiondakı normallaşma prosesi və COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı", - paylaşımda vurğulanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun