Bakıda ev qiymətinə qarajlar satılır

24 Sentyabr 2024 20:15

Bakıda yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiymətlərində artım müşahidə olunur.

Şəhərin mərkəzindəki yaşayışa hazır təmirli bir binada mənzilin bir kvadratmetri 5-6 min manatdırsa, parklanma yerinin bir kvadratmetri üçün təxminən 7-8 min manat tələb olunur.

Milli.Az bildirir ki, Əmlak məsələləri üzrə ekspert Elşad Əliyev "Xəzər Xəbər"ə açıqlamasında qeyd edib ki, qiymətlərin belə yüksək olması tələbatın çoxluğu və həmin qarajlarda əlavə texniki vasitələrin olması ilə bağlıdır:

"Yeni tikili binalarda "Premium" mənzillər olduğuna, həmin binalarda beton-dəmir işləri baha başa gəldiyinə görə, şirkət həmin qarajları yüksək qiymətlərə təklif edir. Mənzil qiymətinə satılan həmin qarajların qiymətləri yerləşdiyi əraziyə görə də dəyişir".

Vəkil Emil Aslanov isə açıqlamasında bildirib ki, bəzi mənzil-tikinti kooperativləri (MTK) yeni tikilən binaların ümumi sahəsinə aid olan həyətyanı sahəni, eləcə də zirzəmidə kommunikasiya xətlərinin keçdiyi əraziləri qanunsuz olaraq qaraj kimi bina sakinlərinə satırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun