"Xankəndinin böyük hissəsi minalardan təmizlənib"

24 Sentyabr 2024 19:02

Ötən ilin sentyabrında keçirilmiş antiterror əməliyyatından sonra, Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə minatəmizləmə işləri davam etdirilir.

Milli.Az bildirir ki,  bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Sədr bildirib ki, Xankəndi şəhərində əsas tələ minalarına daha çox rast gəlinirdi. Tələ minalarla yanaşı partlamamış hərbi sursatlar da təmizlənir.

"Şəhərin artıq böyük hissəsi təmizlənib",- deyə V. Süleymanov qeyd edib.

Qeyd edək ki, 2020-2024-cü illər ərzində ümumilikdə Şərqi Zəngəzur və Qarabağ ərazisində 379 nəfər Ermənistan tərəfindən basdırılmış minaların qurbanları olub. Bunlardan da 70 nəfəri həyatını itirib. 309 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Şərqi Zəngəzur və Qarabağ ərazisində bu günə qədər 161 min hektar ərazidə təmizləmə işləri aparılıb. Bu günə qədər 157 min ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun