Azərbaycan yeni minaatan istehsal etdi

24 Sentyabr 2024 18:27

Azərbaycan yeni minaatan istehsal edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, çapı 60 mm minaatan ilk dəfə bu gün Bakıda keçirilən ADEX-2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

Məlumata görə, minaatanın atış məsafəsi 2 400 metrdir. Bunun digər minaatanlardan fərqi çəkisinin az olması və rahatlıqla daşınmasıdır.

Minaatan artıq sınaqdan keçirilərək Azərbaycan Ordusunun istifadəsinə verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun