"Google+"da neçə nəfər var?

28 İyun 2012 22:53
Milli.Az korporasiyanın rəsmi bloquna istinadən bildirir ki, sosial şəbəkənin gündəlik auditoriyası 150 milyon nəfərdir. Hər gün öz akkauntuna 75 milyon istifadəçi daxil olur.

Sosial şəbəkənin orta statistik istifadəçisi "Google+"da gündə 12 dəqiqə keçirir.
"Google+" a girişlərin əksəriyyəti mobil qurğular vasitəsilə həyata keçirilir.

"ComScore" isə bildirir ki, "Google+"un orta statistik istifadəçisi sosial şəbəkədə ayda 3 dəqiqə vaxt keçirir.

Facebook-da bu göstərici 405 dəqiqədir.

Milli.Az