Gənc Tamaşaçılar Teatrı Patrik Züskinfin “Kontrabas” tamaşası ilə Novorossiysk şəhərində keçirilən festivaldan uğurla qayıdır - FOTO

24 Sentyabr 2024 17:29

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskinfin "Kontrabas" tamaşası ilə Rusiyanın Novorossiysk şəhərində keçirilən festivaldan uğurla qayıdır.

Senyyabrın 23-də "Teatr limanı" adlı 6-cı beynəlxalq festival çıxış edən səhnə əsərinin baş qəhrəmanı Əməkdar atrist Şövqi Hüseynov "Teatr sahəsindəki nailiyyətlərinə, ifasındakı ustalığa və Rusiyanın cənubundakı mədəniyyəti zənginləşdirməyə verdiyi töhvələrə görə" festivalın xüsusi mükafatı ilə təltif edilib.

Xalq artisti İrina Perlovanın quruluşunda 1998-ci ildə hazırlanan tamaşa Rusiyada, Ukraynada, Belarusiyada, Moldovada, İranda, Türkiyədə, Şri-Lankada, Makedoniyada, Amerikada və s. Beynəlxalq teatr festivallarında iştirak edib, müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.

Tamaşa qocaman səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, daha doğrusu, onun həyatda baxışını ehtiva edir. Opera "ulduzuna" vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr "qalmaqalı" yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı. Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi kontrabasdır. Qəhrəmanımızın sevgilisi ilə dialoqu kontrabasla dialoq əvəz edir. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan birinci növbədə özü-özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.