Azərbaycan İspaniya ilə birlikdə top istehsal etdi - FOTO

24 Sentyabr 2024 16:17

Azərbaycan İspaniya ilə birlikdə top istehsal edib.

Milli.Az report-a istinadən xəbər verir ki, top ilk dəfə Bakıda keçirilən ADEX sərgisində nümayiş etdirilib.

"Guardian 30" adlanan top silahının 30 mm çapı var. 2024-cü il istehsalı olan top bir neçə dəfə sınaqdan keçirilib.

Çəkisi 3 ton olan top 8-13 km məsafədəki hədəfi zərərsizləşdirə bilir. Birgə istehsal olunan topun BTR üzərinə yerləşdirilməsi mümkündür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun