Filarmoniyada “Fəsillər” konsert layihəsi keçirilib - FOTO

24 Sentyabr 2024 16:08

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Fəsillər" konsert layihəsi keçirilib.    

Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər Ciotsna Şrikant (violin,Hindistan) və Şadrak Solomon (piano, Hindistan), Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Zərrin Əliyeva və Rövşən Əmrahov öz ifalarını dinləyicilərə təqdim ediblər.                                             

Proqramda Robert Volkmann Simli orkestr üçün serenada, op. 62,  Antonio Vivaldi "İlin fəsilləri" silsiləsindən "Yay", Klod Debüssi İsao Tomita tərəfindən elektron aranjimanda "Estamplar" süitasından "Yağış altında bağlar", Xədicə Zeynalova "Payız çalarları", Astor Piazzola "Buenos Ayresin dörd fəsli" silsiləsindən "Qış", Klod Debüssi İsao Tomita tərəfindən elektron aranjimanda "Uşaq güşəsi" silsiləsindən "Rəqs edən qar dənəcikləri" və "Raqa fəsilləri" səslənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun