"Nokia Lumia" 0,01 dollara satılır

28 İyun 2012 14:25
Milli.Az "Gizmodo"ya istinadən bildirir ki, "Amazon"da "Nokia Lumia 900" smartfonu 0,01 dollara satılır.
Bu qiymətə telefon "AT&T" mobil rabitə operatoru ilə 2 illik abunə müqaviləsinin imzalanmasını nəzərdə tutur.

Ekspertlərin fikrincə, "Nokia Lumia 900"ün bu qiymətdən satılmasının səbəbi "Microsoft" korporasiyasının "Windows Phone 8" əməliyyat sistemini təqdim etməsidir.

"Lumia 900" smartfonunda isə əməliyyat sistemini yeniləmək mümkün deyil.

Milli.Az