Snup Doq azərbaycanlı müğənniləri paylaşdı - VİDEO

24 Sentyabr 2024 23:21

Dünya şöhrətli amerikalı repçi Snup Doq Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənnilər Aleksandr Əliyev və Nəvai Bəkirovla (HammALİ & Navai) bağlı diqqət çəkən paylaşım edib.

Milli.Az olay-a istinadən bildirir ki, Snup sükan arxasında HammALİ & Navainin "Всем заметно" mahnısını dinləyib.

Həmin anları lentə alan repçi sosial şəbəkə hesabında yayımlayaraq hər iki ifaçının instaqramdakı adlarını işarələyib. Sözügedən videonu isə N.Bəkirov instaqram səhifəsində "repost" edərək izləyiciləri ilə bölüşüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun