İran və Rusiya prezidentləri görüşəcək

24 Sentyabr 2024 13:42

İran Prezident Məsud Pezeşkian bu ilin noyabrında Rusiyada Prezident Vladimir Putinlə görüşəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani sentyabrın 24-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Məsud Pezeşkian BRİCS-in zirvə toplantısında iştirak etmək üçün noyabrda Tatarıstanın Kazan şəhərinə səfər edəcək. O, tədbir çərçivəsində Rusiya Prezidenti ilə də ikitərəfli görüş keçirəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun