Qadın yeməkxanada qəfil öldü

24 Sentyabr 2024 12:38

Siyəzən rayonunda qadın iş yerində vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Siyəzən şəhərinin ərazisində yerləşən "Siyəzən Broyler" ASC-nin yeməkxanasında baş verib.

Şirkətin əməkdaşı, 1963-cü il təvəllüdlü Rəfiqə Hacı qızı İsaqovanın halı iş yerində qəfil pisləşib və dünyasını dəyişib. Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun