Bu ölkədə meymunçiçəyinin yeni növü aşkarlandı

24 Sentyabr 2024 13:45

Hindistanda meymunçiçəyinin yeni növü aşkarlanıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Clade 1b" adlanan bu yeni variant yüksək yoluxuculuğa malikdir. Yeni variant Hindistanın cənubundakı Kerala əyalətindən bu yaxınlarda Dubaydan qayıdan 38 yaşlı kişidə aşkar edilib.

Səlahiyyətlilər, xəstənin 29 yaxın dostu və ailə üzvlərinin, təyyarədəki 37 sərnişinin də izləndiyini, lakin indiyə qədər heç bir əlamət göstərmədiklərini açıqlayıblar.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı ötən ay meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun