Vəfayla Şəbnəmin bölüşə bilmədiyi mahnı plagiat çıxdı

24 Sentyabr 2024 13:08

Müğənnilər Vəfa Şərifova ilıə Şəbnəm Tovuzlunun qalmaqalına səbəb olan "Cənnətimsən" mahnısı plagiat çıxıb.

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə "Günə bax" verilişində jurnalist Pərviz Hüseyn məlumat verib.

O bildirib ki, əslində Tural Sədalı ilə Arzu Məmmədovanın özlərinin bəstələdiklərini dedikləri mahnı Qədir Məmmədovun (Qızılsəs) illər öncə səsləndirdiyi "Pakizə"dən götürülüb. 

Belə ki, ifanın musiqisi məhz "Pakizə"dən plagiat olunub. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun