“Təzə trenddir - mavi, şüşə kimi zombi gözlər” - FOTO

24 Sentyabr 2024 12:57

Bəstəkar və müğənni Murad Arif məşhurların bir-birinin ardınca əməliyyat yolu ilə gözlərinin rəngini dəyişməsinə münasibət bildirib.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçi sözügedən məsələ ilə bağlı instaqram səhifəsində post paylaşıb.

Murad gözləri mavi rəngdə zombi obrazında bir şəxsin fotosunu yayımlayaraq "Deyəsən təzə treddir: mavi, şüşə kimi zombi gözlər... Fu Məzi, fu" şərhini yazıb.

Qeyd edək ki, aparıcılar Mətanət Əsədova və Nanə Ağamalıyeva əməliyyat yolu ilə gözlərinin rəngini dəyişib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun