Bakıda havada uçuşan ağ həşaratlar nədir? - VİDEO

24 Sentyabr 2024 11:46

Son günlər paytaxtda Amerika ağ kəpənəyinin tırtıllarının artması müşahidə olunub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində yerləşən beşmərtəbəli binanın həyətində baş verib. Həyətə düşən sakinlər oturacaqlarda bu həşəratlarla birlikdə əyləşməyə məcbur olublar.

Sakinlər bildiriblər ki, tırtılların sayı son iki ay ərzində xüsusilə artıb.

Məsələ ilə bağlı ekspertlər qeyd ediblər ki, bu tırtıllar Amerika ağ kəpənəyinin tırtıllarıdır və əsasən, tut ağaclarında yaşayırlar. Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, ərazi nəzarətə götürülüb.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun