525 saylı avtobusda sərnişinlər belə daşınır - VİDEO

24 Sentyabr 2024 10:25

Bakı şəhərinin mərkəzi hissələrində və bir sıra ətraf qəsəbələrə işləyən marşrut avtobusları müasirləşdirilsə də, paytaxtın mərkəzindən Masazır qəsəbəsinə və geriyə sərnişin daşıyan 525 saylı marşrutda acınacaqlı vəziyyət hələ də davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün bu xəttə çalışan iritutumlu avtobusun təhlükəli vəziyyətdə idarə edilməsini əks etdirən görüntülər yayılıb.

Görüntülərdən avtobusun bir tərəfinin tamamilə yerə doğru əyilməsi və böyük yük altında təhlükəli halda idarə edildiyi görünür.

Masazır sakinləri bildirir ki, 525 saylı xətt üzrə avtobusların dəyişdirilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Belə ki, xətt üzrə avtobusların yararsız halda olması səbəbindən tez-tez yolda qalması, eləcə də isti günlərdə kondisionerin işləməməsi insanların etirazına səbəb olur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun