Türkiyədə qurulan Qazaxıstan şirkətlərinin sayı azalıb

24 Sentyabr 2024 10:00

2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 31 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17 şirkət azdır.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 31 milyon 70 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 148 milyon 25 min türk lirəsi təşkil edib", - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-avqust ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (20) qeydiyyata alınıb.

"İstanbulda qeydiyyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 11 milyon 800 min türk lirəsi təşkil edib", - deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 20 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun