“Çox heyif ki, dünənki hisslərin səni yanıltmadı” - FOTO

24 Sentyabr 2024 12:11

Meyxanaçı Namiq Qaraçuxurlu anası Qənirə xanım dünyasını dəyişib.

Milli.Az olay-a istinadən bildirir ki, söz xiridarı ilə ötən gün Moskvada toyda çıxış edən Sevil və Sevinc Səfərova bacıları instaqram səhifələri vasitəsi ilə baş sağlığı veriblər.

Əkiz bacılar üzüntülərini bu sözlərlə dilə gətiriblər:

"Çox heyif ki, dünənki hisslərin səni yanıltmadı. Biz nə qədər desəkdə "Ürəyinə pis şeylər gətirmə" sənin dərin nəfəs almağından nə qədər həyəcan keçirdiyini görə bildik. Allah sənə və ailənə səbr versin. Məkanı cənnət olsun".

Qeyd edək ki, 2 il əvvəl Namiq Qaraçuxurlunun anası İranın Ərdəbil şəhərində əməliyyat olunmuşdu. O uzun müddət qida borusunda yaranan xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun