Pərviz oğlunun kiçik toyundan 100 min yığıb?

24 Sentyabr 2024 09:15

Meyxanaçı Pərviz Bülbülə bir neçə gün əvvəl oğluna keçirdiyi kiçik toyla bağlı yayılan iddialara cavab verib.

Milli.Az olay-a istinadən bildirir ki, bu haqda söz xiridarı qonaq olduğu "Rəngarəng" verilişində danışıb.

Aparıcı Zaur Nəbioğlunun "Yayılan iddialara görə, oğlunun kiçik toy məclisindən rekord məbləğ - 100 min manat pul götürmüsən" sözlərinə Pərvizin cavabı belə olub:

"Xeyr, bu yalan məlumatdır. Deyirlər ki, məclisimizdə 1000 nəfər qonaq olub. Bu da səhv məlumatdır. Sizdə o məclisdə işitrak etmisiniz. Orada cəmi 400 nəfər qonaq var idi".

Zaur "Meyxanaçı Aqşin Fateh verilişimizdə qonaq olanda söylədi ki, Pərviz məclisdən 50 min manat pul götürüb" sözlərinə P.Bülbülə "Aqşin məndən 50 min istəyib..." və daha sonra onun mikrofonu söndürülüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun