Rusiyada ayı iki kişini və 30 iti parçalayıb

24 Sentyabr 2024 08:37

Rusiyanın Primorye diyarında bağ evində iki nəfəri parçalayan ayını yaralayıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Amur Mash Telegram kanalı məlumat yayıb.

Kişilərə hücum etdikdən sonra yırtıcı gecə saatlarında Luçeqorskda sahibsiz heyvanlar üçün sığınacaqda 30-a yaxın iti parçalayıb.

Polis və Milli Qvardiya vəziyyətə müdaxilə edib. Onlar avtomobillərə reydlər keçirirlər. Onlara heyvanı məhv etmək icazəsi verilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun